Bolqarıstanın məktəblərində qeyri-ənənəvi cinsi oriyentasiyanın qadağan edilməsi haqqında qanunla əlaqədar Avropa Komissiyasında ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutan istəklərində qətiyyətlə qaldıqlarını bildirirlər
Bolqarıstanın məktəblərində qeyri-ənənəvi cinsi oriyentasiyanın qadağan edilməsi haqqında qanunla əlaqədar Avropa Komissiyasında ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutan istəklərində qətiyyətlə qaldıqlarını bildirirlər

 

Avropa Komissiyası Bolqarıstan Parlamenti tərəfindən məktəblərdə qeyri-ənənəvi cinsi oriyentasiyanın qadağan edilməsi ilə bağlı təsdiq edilmiş qanuna münasibət bildirib.

Avropa Komissiyasının mətbuat katibi Anita Qiperin bu gün keçirilən mətbuat konfransında dediyi kimi, Avropa İttifaqı ayrıseçkiliyin əleyhinədir.

“Avropa Komissiyasının mövqeyini sizə xatırlatmaq istərdim, biz ayrı-seçkilik və bərabərsizliyin, eləcə də LGBTQ şəxslərin üzləşdiyi çağırışların aradan qaldırılmasını nəzərdə tutan öhdəliklərimizdə və istəklərimizdə qətiyyətlə qalırıq” – Avropa Komissiyasının mətbuat katibi bildirib.

Bununla yanaşı, Avropa Komissiyasında Bolqarıstana qarşı hər hansı tədbir görməyi planlaşdırıb-planlaşdırmadıqlarını deməyiblər.

Məlumat üçün bildirək ki, Bolqarıstan Parlamenti “Təhsil haqqında” qanuna məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğini qadağan edən düzəlişləri təsdiqləyib.

Hüquq müdafiəçilərinin tənqid etdikləri qanunvericilik təşəbbüsünü Bolqarıstan Parlamentində 159 deputat dəstəkləyib, 22 deputat əleyhinə səs verib, 12 deputat isə bitərəf qalıb.