Bolqarıstanın Xarici İşlər İdarəsi Yunanistan və Türkiyəyə daşqın barədə xəbərdarlıq edir
Bolqarıstanın Xarici İşlər Nazirliyi Yunanistan və Türkiyə iqtidarlarını Maritsa və Arda çaylarının təhlükəli göstəriciyə qədər artıqları barədə xəbərdar edir.
Maritsa çayı Bolqarıstandan Türkiyə və Yunanistan sərhədinə doğru axır.
Yunanistana göndərilən xəbərdarlıqda qeyd olunur ki, sinoptiklərin proqnoz etdiyi arası kəsilməyən yağışlara görə, Arda çayında suyun səviyyəsi artacaq.
Bolqarıstan iqtidarında narahatdırlar ki, yaxın günlərdə həmin çayda tikilən İvailovqrad barajı dolacaq və daşqın təhlükəsi yaranacaq. Buna görə, hidro-elektro stansiya fövqəladə iş rejiminə keçib.
Maritsa çayı, Türkiyə sərhədinə yaxın olan Svilenqrad şəhərinin yanında qırmızı, təhlükəli işarəyə çatıb.