Bolqarıstan Rusiyaya müraciət edir ki, ölkəyə Qırmızı ordunun daxil olmasına "azadlıq" deməsin
Bolqarıstan Rusiyaya müraciət edir ki, ölkəyə Qırmızı ordunun daxil olmasına “azadlıq” deməsin.
Bolqaristanın Xarici İşlər Nazirliyi Sofiyadaki Rusiya səfirliyinə rəsmi məktubla müraciət etdi və 1944-cü ildə, Sovet ittifaqı qüvvələrinin Bolqaristana daxil olmasını “mübahisəli termin” olan “azadlıq” adlandırmasınlar.
Müvafiq bəyanat Bolqaristanın Xarici İşlər Nazirliyinin veb-səhifəsində yayıldı.
Belə bir bəyanatın səbəbi isə, Sofiyada keçirilən “Şərqi Avropanın natsizmdən azad olunmasının 75 ili” adlı sərgi keçirildi.
“Natsizmin yox edilməsində Rusiyanın iştirakını inkar etmirik, ancaq, unutmamalıyıq ki, Rusiyanın “xilaskarlığı” Mərkəzi və Şərqi Avropa xalqlarının yarım əsrlik repressiyalarına, iqtisadi inkişafının deformasiyasına və Avropa ölkələrindən ayrı düşməsinə gətirib çıxartdı” – deyilir bəyanatda.
Rusiya Xarici İşlər Nazirliyindən gələn cavabda isə deyilir ki, Rusiya Bolqarıstan Xarici İşlər Nazirliyinin bəyanatına görə, şokdadılar.