Bolqarıstan rus diplomatını ölkədən qovdu. Bolqarıstan Baş Prokurorluğunun məlumatına görə, Rusiya Səfirliyi əməkdaşını cəsusluqda ittiham edirlər.
Yayılan məlumata görə, Rusiya Səfirliyinin birinci katibi Bolqarıstan, Avropa İttifaqı və NATO-nun məxvi məlumatına əlyetərliliyi olan Bolqarıstan vətəndaşları və hökumət təşkilatları rəhbərləri ilə tez-tez gizli görüşlər keçirirdi.
Rusiya vətəndaşı artıq Bolqarıstanı tərk etdi.