Bol yağıntı Kutaisidə problemlər yaradıb
Bol yağıntı Kutaisidə problemlər yaradıb

Bol yağıntı Kutaisidə problemlər yaradıb. Yolun hissələrini su basıb.

Oğaskura çayı məcrasından çıxıb, nəticədə Buxaidze küçəsini, həmçinin, ətrafdaki küçələri və Kutaisinin Ədliyyə Evinə gedən yolu su basıb.

Şəhərin mərkəzi yollarında da problemlər var. Piyadalarla yanaşı, yüngül avtomobillər də hərəkət etməkdə çətinlik çəkirlər. Bununla yanaşı, şəhərin bir hissəsi elektrik enerjisiz qalıb.

Yollarda patrul polisi işləyir