Boçormi küçəsində baş verən partlayış nəticəsində yaralanan 4 nəfərdən biri dünyasını dəyişib
Tbilisidə Boçormi küçəsindəki atış poliqonlarından birində baş verən partlayış nəticəsində yaralanan 4 nəfərdən biri dünyasını dəyişib. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətindən təsdiqləyiblər.
Partlayış bu gün Boçormi küçəsi 12 ünvanında,”Battleground” mağazasının atış poliqonunda baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub. Üç yaralı yanıq mərkəzinə yerləşdirilib. Həkimin məlumatına görə, partlayış nəticəsində xəsarət alan 3 nəfərdən biri reanimasiyada, ikisi isə cərrahiyyə şöbəsindədir.