Boqdan Auresku - Rumıniyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha təsdiq edirəm
Boqdan Auresku - Rumıniyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha təsdiq edirəm

 

Rumıniyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha təsdiq edirəm. Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Polşada ATƏT-in ministerialında çıxışı zamanı bildirib.

Boqdan Auresku bir daha Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və Moskvanın Ukraynada başlatdığı müharibənin bütün regiona və xüsusən də ən həssas ölkələrə mənfi təsir göstərdiyini bildirib.

Auresku dırnaq arası uzadılmış münaqişələrin həllinin zəruriliyinə diqqət çəkib.

“Rumıniya və şəxsən mən də dırnaq arası uzadılmış münaqişələrin daim diqqətimizdə olması və onların mümkün həlli yollarını nəzərdən keçirməyin labüd olması barədə çağırışlarla çıxış edirik. Qara dəniz regionu Rusiyanın bu cür münaqişələri yaratdığı və qızışdırdığı ərazidir. Məhz burada Rusiya ilk dəfə dezinteqrasiya taktikasını sınaqdan keçirdi. Bu uzadılmış münaqişələr təxirə salınmadan həll edilməlidir. Rumıniya Moldovada münaqişənin sülh yolu ilə və hərtərəfli həllini dəstəkləyir, bu isə Moldovanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır və ölkənin Avropaya inteqrasiyasına təsir göstərməməlidir. Rusiya hərbi qüvvələrinin Moldova Respublikası ərazisindən çıxarılmasının vacibliyini bir daha vurğulayacağam, bu isə beynəlxalq hüquq normalarına və ATƏT-in öhdəliklərinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, Rumıniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləmək üçün bu fürsətdən istifadə edəcəyəm”- deyə Boqdan Auresku açıqlayıb.