Boqdan Auresku - Rumıniya Gürcüstanın Avropaya inteqrasiyasının ən fəal tərəfdarlarından biridir, biz Gürcüstan, Ukrayna və Moldovanın yerinin Avropa İttifaqında olduğunu hesab edirik, onlar Avropa ailəsinə aiddirlər
Boqdan Auresku - Rumıniya Gürcüstanın Avropaya inteqrasiyasının ən fəal tərəfdarlarından biridir, biz Gürcüstan, Ukrayna və Moldovanın yerinin Avropa İttifaqında olduğunu hesab edirik, onlar Avropa ailəsinə aiddirlər

 
Rumıniya Gürcüstanın Avropaya inteqrasiyasının ən fəal tərəfdarlarından biridir, biz Gürcüstan, Ukrayna və Moldovanın yerinin Avropa İttifaqında olduğunu hesab edirik, çünki onlar Avropa ailəsinə aiddirlər-bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Brüsseldə, Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

“Biz uzun müddətdir, o cümlədən sorğu vərəqəsinin hazırlanması zamanı Gürcüstanı dəstəkləyirik. Biz Gürcüstanın eləcə də Ukrayna və Moldovanın yerinin Avropa İttifaqında olduğunu hesab edirik, çünki onlar Avropa ailəsinə aiddirlər” – deyə Boqdan Auresku bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, hər üç ölkəyə Aİ-yə namizəd ölkə statusunun verilməsi vacibdir, çünki bu, prosesin sonu deyil, əksinə çox mühüm prosesin başlanğıcıdır və bu ölkələrin islahatlar üçün bələdçiyə ehtiyacı var.

“Əlbətdə bundan sonra, bu yolda getmək və icra etmək prosesdə iştirak edən bütün ölkələrin fərdi qaydada, qərar verəcəyi məsələ olacaq. Biz Rumıniya bu prosesi dəstəkləməyə hazırıq. Düşünürük ki, qərarlar lazımdır və bu impuls itirilməməlidir. Qərarın mümkün qədər tez qəbul edilməsi vacibdir. Bundan sonra bu mühüm səyahəti davam etdirmək bu ölkələrin qərar verəcəyi məsələ olacaq və biz orada onların yanında olacağıq” -deyə Rumıniyanın xarici işlər naziri bildirib.