Boboğvatidə 27 hektar torpağın hərracda satılmasına əhali etiraz edir və yerində çadırlar açdı
Boboğvatidə 27 hektar torpağın hərracda satılmasına əhali etiraz edir və yerində çadırlar açdı

25 iyunda hərracla satılacaq Boboğvati ərazisində yerlilər çadır açdılar və növbəçiliyə başladılar. 100-ə qədər ailə sübut edir ki, Acara Maliyyə və İqtisadiyyat Nazirliyinin satdığı 27 hektar torpaq sahəsi, onların mülkiyyətidir, lakin qanuniləşdirə bilmədilər.

Onlar hərracın dayandırlması tələbi ilə bir neçə etirz aksiyasını keçirdilər. Lakin Acara Maliyyə və İqtisadiyyat Nazirliyi hərracın dayandırlmasına rədd cavabı verdi və açıqladı ki, satılası torpaq sahəsi 2008-ci ildən dövlət mülkiyyətidir, əhali isə, təsdiq edən sənədi təqdim edə bilmədi.

Yerlilər bəyan edirlər ki, onlar radikal tədbirlərə əl atacaqlar və investora əraziyə daxil olmağa imkan verməyəcəklər.

“Hakimiyyəyət heç bir sənəd təqdim edə bilmədi ki, kommunistlərə qədər bu torpaq bizə məxsus deyildi. Buna görə biz hakimiyyətlə əlaqəni kəsirik və etiraza keçirik, çadır açdıq və növbəçilik təsis etdik. Buranı alan investor buraya girə bilməyəcək, nə tankla və nə də maşınla”, – Tamaz Bakuridze bəyan etdi.

Növbəti aksiya Boboğvatidə 25 iyunda, hərrac günü keçiriləcək.