BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti və 2008-ci ilin Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib
BMT Təhlükəsizlik Şurası qapalı iclasda Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar, Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyəti və 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib-bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
“İclas çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibinin Siyasi və Sülh Məsələləri üzrə müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurası qarşısında məruzə ilə çıxış edib, o, şuranın üzvlərinə bölgədəki vəziyyət və Cenevrə Beynəlxalq Danışıqlarının gedişatı barədə yenilənmiş məlumat verib.
İclasın başa çatmasından sonra Təhlükəsizlik Şurasına üzv dövlətlərin – ABŞ, Albaniya, Birləşmiş Krallıq, İrlandiya, Norveç və Fransanın, eləcə də şuranın gələcək üzvləri – Yaponiya və Maltanın nümayəndələri ilə media qarşısında birgə bəyanatla çıxış ediblər.
Yuxarıda adıçəkilən ölkələrin nümayəndələri Gürcüstanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə ərazi bütövlüyünə qəti dəstəklərini ifadə ediblər; Rusiyanın qanunsuz müdaxiləsini və Gürcüstanın ayrılmaz bölgələrində – Abxaziya və Sxinvali bölgəsində/Cənubi Osetiyada hərbi mövcudluğunu qınayıblar; Ağır humanitar və təhlükəsizlik mühitini, o cümlədən dırnaq arası sərhədləşmə prosesi, yerli əhalinin qanunsuz saxlanılması və oğurlanması, sərbəst gediş-gəlişin əngəllənməsi, dırnaq arası nəzarət-buraxılış məntəqələrinin uzun müddətə bağlanması, Qali və Axalqori bölgələrində etnik gürcülərə ayrı-seçkilik edilməsi, onların ana dilində təhsil almasının qadağan edilməsi kimi qeyri-qanuni fəaliyyətləri qınayıblar.
Bəyanatda tərəflər, Rusiyanın Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionları üzərində effektiv nəzarəti həyata keçirən tərəf olaraq insan hüquqlarının pozulması kimi ağır cinayətlərə görə məsuliyyət daşımasının müəyyən edildiyi Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının 21 yanvar 2021-ci il tarixli qərarını yada salıblar.
“Son illər ərzində heç bir beynəlxalq insan hüquqlarının monitorinqi mexanizminə Abxaziya və Sxinvali/Cənubi Osetiya regionlarına maneəsiz giriş imkanı verilməməsindən dərin narahatıq. Bundan irəli gələrək, İnsan Hüquqları üzrə Ali Komissarlığın Ofisinə, digər beynəlxalq və regional insan hüquqları mexanizmlərinə, eləcə də Aİ-nin monitorinq missiyasına (bu bölgələrə) maneəsiz, dərhal daxil olmaq imkanı verilməsinə çağırırıq”- deyə bəyanatda deyilir.
Bəyanatda ehtiyac içində olan bütün mülki şəxslər üçün humanitar yardıma məhdudiyyətsiz çıxışın təcili zəruriliyi , eləcə də məcburi köçkünlər və qaçqınlar üçün təhlükəsiz, könüllü, ləyaqətli və maneəsiz qayıtma şəraitinin yaradılması zərurəti vurğulanır.
Bəyanatda yuxarıda adı çəkilən ölkələrin nümayəndələri Cenevrə Beynəlxalq Danışıqlarına (GID) sadiq olduqlarını və Aİ-nin vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli əldə olunmuş atəşkəs razılaşmasının yerinə yetirilməsi üçün İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) çərçivəsində davamlı görüşləri, həm də Rusiya-Gürcüstan arasında həll olunmamış münaqişədən yaranan təhlükəsizlik, humanitar və insan hüquqları çağırışlarına cavab, vacib formatları dəstəklədiklərini qeyd edirlər.
” Rusiya-Gürcüstan münaqişəsinin BMT Nizamnaməsi və Helsinki Yekun Aktını özündə əks etdirən beynəlxalq hüquq əsasında, xüsusən də Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü kontekstində sülh yolu ilə həllini vurğulayırıq” -deyə bəyanatda deyilir.
ABŞ-ın, Albaniya, Birləşmiş Krallıq, İrlandiya, Norveç, Fransa, Yaponiya və Maltanın nümayəndələri bir daha Rusiyanı Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməyə və öz hərbi və təhlükəsizlik qüvvələrini gecikmədən Gürcüstan ərazisindən çıxarmağa çağırıblar.
“Rusiyaya, Gürcüstanın ərazilərinin – Abxaziya və Sxinvali bölgəsinin/Cənubi Osetiyanın dırnaq arası azadlığının tanınması ilə bağlı qərarını geri çəkmək, beynəlxalq təhlükəsizlik mexanizminin yaradılmasına mane olmamaq və beynəlxalq insan haqları təşkilatlarına hər iki regiona daxil olmaq imkanı vermək üçün 14 illik çağırışı təkrarlayırıq”- deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.