BMT-nin təhlükəsizlik şurasında İranda baş verən proseslər haqqında müzakirə aparıldı
BMT-nin təhlükəsizlik şurasında İranda baş verən proseslər haqqında müzakirə aparıldı.
Fövqəladə iclası Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Niki Xeyli çağırdı.
Amerikalı diplomatların qərarını Rusiya səfiri tənqid etdi.
Onun dediyinə görə, BMT-nin təhlükəsizlik şurası İranın daxili siyasi işlərinə qarışır və Vaşinqtonun əsl məqsədi isə, beynəlxalq altılıq və rəsmi Tehran arasında qoyulan nüvə razılaşmasının ləğv olunmasıdır.
ABŞ səfiri Niki Heyli İran xalqının etiraz aksiyalarını “cəsur millətin təşkil etdiyi demonstrasiya” adlandırdı.
Birləşmiş Krallığın səfiri Metyu qeyd etdi ki, İran böyük sivilizasiyaya malik bir ölkədir və böyük potensialı var, ancaq İran dünyada sülhə təhlükə yaradan bir yolu seçdi.
BMT-nin təhlükəsizlik şurasının iclasında İran səfiri də iştirak edirdi.