BMT-nin təhlükəsizlik şurası Qüdsün İsrailin paytaxtı elan edilməsini qınayır
BMT Təşlükəsizlik şurasının fövqəladə iclasında iştirak edən üzv ölkələr, ABŞ prezidenti tərəfindən, Yerusəlimin İsrailin paytaxtı olaraq elan edilməsi faktını qınadılar.
BMT-nin təhlükəsizlik şurasının iclası səkkiz ölkənin təşəbbüsü ilə təyin edildi. İclasda ABŞ istisna olmaqla, 14 ölkənin nümayəndələri razılaşdılar ki, Vaşinqton tərəfindən verilən qərar bir tərəflidir və BMT-nin nizamnaməsinə ziddir.
Birləşmiş Krallığın BMT-dəki daimi nümayəndəsi Metyu Rikroft bəyan etdi ki, BMT qərb Yerusəlimi və qərb sahilinin ərazilərini işğal edilmiş hesab edir.
Baş verən proseslə bağlı öz narahatçılığını Yeni Şərqin sülh danışıqlarının BMT-dəki daimi nümayəndəsi Nikolai Mladenov da bildirdi.
“Çox kritik bir vəziyyət yarandı və bu İsrail və Fələstin arasındaki münaqişəyi daha da gücləndirəcək. ABŞ-ın qərarı, BMT-nin bu münaqişə ilə bağlı prinsiplərinə ziddir” – dedi Mladenov.