BMT-nin Suriyadakı xüsusi nümayəndəsi – İsrailin Suriya ərazisini bombalaması dayandırılmalıdır, bu, son dərəcə vacibdir
İsrail Suriyaya zərbə endirməyi dayandırmalıdır. – Bu barədə BMT-nin Suriyadakı xüsusi nümayəndəsi məlumat verib. Məlumatı “CNN” yayıb.
“Biz İsrailin Suriya ərazisini bombaladığını görürük. Bu dayanmalıdır. Bu son dərəcə vacibdir”. – Geir Pedersen dedi.
Eyni zamanda BMT nümayəndəsi qeyd edib ki, “heç kim, qətiyyən heç kim” Əsəd rejiminin süqutunu, o cümlədən, onun fikrincə, hətta üsyançı qrupların özləri də proqnozlaşdırmayıb.
Hətta indi Dəməşqə nəzarət edən silahlı qruplar belə baş verənlərdən təəccüblənirlər”. – Pedersen dedi.
İsrailin Suriyaya hərbi müdaxiləsinin davam etdiyini xatırladırıq. İsrail tankları Suriyanın paytaxtı Dəməşqin 25 kilometrliyində yerləşir. İsrail mediası xəbər verir ki, İsrail əsgərləri Suriya ərazisində, sərhəddən 10 kilometr aralıda, Qolan təpələrini Suriyadan ayıran hərbsizləşdirilmiş zonanın şərqində yerləşən Qətanaya çatıb. Bu o deməkdir ki, İsrail hərbi texnikası bufer zonanı tərk edib.