BMT-nin Qaçqınlar Agentliyinin göstəricilərinə əsasən, dünyada 120 milyon qaçqın var, bu da rekord yüksək göstəricidir
BMT-nin Qaçqınlar Agentliyinin göstəricilərinə əsasən, dünyada 120 milyon qaçqın var, bu da rekord yüksək göstəricidir

 
BMT-nin Qaçqınlar Agentliyinin göstəricilərinə əsasən, dünyada 120 milyon qaçqın var, bu da rekord yüksək göstəricidir. Onların 47 milyonu uşaqdır, 2 milyonu isə qaçqınlıqda doğulub. BMT-nin məlumatına əsasən, 68 milyon insan məcburi köçkündür. 32 milyon insan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatının müdafiəsi altındadır. 7 milyonu sığınacaq axtaran, 6 milyonu beynəlxalq müdafiəyə ehtiyacı olan şəxs, 6 milyonu isə BMT-nin agentliyinin müdafiəsi altında olan fələstinli qaçqınlardır. Onların təxminən 1,3 milyonu Fələstin ərazilərindədir.

Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Cənubi Sudan ən çox qaçqın axını olan beş ölkədir. Onların sayı 26 milyonu ötüb.

Kolumbiya, Almaniya, İran, Pakistan və Türkiyə isə qaçqınlara ən çox sığınacaq verən beş ölkədir. Bu ölkələrdə onların sayı 14,6 milyon nəfərdir.

120 milyon qaçqının 47 milyonu uşaqdır.

Qeyd etmək lazımdır ki, 2003-cü ildə dünyada qaçqınların sayı 39 milyon nəfər təşkil edirdi, 2013-cü ildə bu göstərici 51 milyon nəfər idi.

İyunun 20-də Ümumdünya Qaçqınlar Günü qeyd olunur.