BMT-nin insan hüquqları üzrə ali komissarı BMT-nin Yəmənin paytaxtında yerləşən ofisinin “Husi”lər tərəfindən zəbt edildiyini bildirir
BMT-nin insan hüquqları üzrə ali komissarı BMT-nin Yəmənin paytaxtında yerləşən ofisinin “Husi”lər tərəfindən zəbt edildiyini bildirir

 

Yəmənin paytaxtında yerləşən BMT-nin ofisinə “Husi”lər daxil olublar. Məlumatı BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Turk yayır.

O bildirib ki, “Husi”lər avqustun 3-də BMT-nin binasına daxil olublar və əməkdaşlardan sənədləri, mebelləri və avtomobilləri təhvil vermələrini tələb ediblər.

“Ansar Allah”ın (“Husi”lər) qüvvələri binanı tərk etməli və dərhal əşyaları geri qaytarmalıdırlar” – ali komissar bildirir.