BMT-nin insan hüquqları şurası Gürcüstanın işğal edilmiş əraziləri haqqında rezolyusiya qəbul etdi
BMT-nin insan hüquqları şurası Gürcüstanın işğal edilmiş əraziləri haqqında rezolyusiya qəbul etdi

BMT-nin insan hüquqları şurası Gürcüstanın işğal edilmiş əraziləri haqqında “Gürcüstanla əməkdaşlıq” adlı rezolyusiya qəbul etdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, rezolyusiyayı insan hüquqları şurasının iclasında Xarici İşlər Nazirinin müavini Laşa Darsalia təqdim etdi.

Martın 22-də qəbul edilən sənəddə narahatçılıq bildirilir ki, regional və beynəlxalq monitorinq mexanizmlərinə Abxaziya və Sxinvali regionlarına daxil olmaq imkanı verilmir.

Rezolyusiyada müraciət edilir ki, BMT-nin Ali Komisarı Ofisinin və digər monitorinq mexanizmlərinin dərhal işğal edilmiş ərazilərə daxil olmaları üçün imkan verilsin.