BMT-nin İnsan Haqları Şurası Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı “Gürcüstanla əməkdaşlıq” qətnaməsini konsensusla qəbul etdi
Cenevrədə, BMT-nin İnsan Haqları Şurası 2026-cı il oktyabrın 7-də Gürcüstanın işğal olunmuş regionlarındakı insan hüquqlarının vəziyyətinə dair “Gürcüstanla əməkdaşlıq” adlı qətnamə qəbul edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan qətnaməsi BMT-nin İnsan Haqları Şurasının iclasında Xarici İşlər nazirinin müavini Laşa Darsalia tərəfindən təqdim edilib.
“Ötən il olduğu kimi, qətnamə konsensusla qəbul edilib, bu da Gürcüstan üçün mühüm bir uğur və beynəlxalq birliyin qətiyyətli dəstəyin nümayişidir. İnsan Haqları Şurası Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyir, həmçinin Rusiya tərəfindən işğal altında olan Abxaziya və Tsxinvali bölgələrində etnik gürcü əhalisinə qarşı törədilən müxtəlif növ ayrı-seçkilik və insan hüquqlarının pozulması faktlarından ciddi narahatlığını ifadə edir.
Qətnamədə 12 avqust 2008-ci il tarixli atəşkəs müqaviləsi əsasında qurulan Cenevrə beynəlxalq danışıqlarının əhəmiyyəti vurğulanır.
Qətnamədə beynəlxalq və regional insan hüquqları monitorinqi mexanizmlərinin işğal olunmuş ərazilərə girişinin məhdudlaşdırılması ilə bağlı narahatlıq ifadə olunub. Bunu nəzərə alaraq, Şura BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Ofisinin, eləcə də beynəlxalq və regional insan haqları mexanizmlərinin işğal olunmuş regionlara dərhal və maneəsiz girişinin təmin edilməsini tələb edir.
Qətnamə həmçinin Rusiyanın Abxaziya və Tsxinvali regionlarını işğal etməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin 2021–2026-cı illərdə qəbul etdiyi qərarların mühüm əhəmiyyətini vurğulayır, eləcə də Rusiyanın Abxaziya və Tsxinvali bölgələrinin qanunsuz ilhaqına yönəlmiş hərəkətləri pislənilir.
Gürcüstan sözügedən qətnaməni 2017-ci ildən bəri hər il İnsan Haqları Şurasına təqdim edir”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilib.