BMT-nin İqlim Dəyişikliyi Konfransında dünya ölkələri kömürdən istifadəni azaltmaq barədə razılığa gəliblər
BMT-nin İqlim Dəyişikliyi Konfransında dünya ölkələri kömürdən istifadəni azaltmaq barədə razılığa gəliblər

BMT-nin İqlim Dəyişikliyi Konfransında dünya ölkələri kömürdən istifadəni azaltmaq barədə razılığa gəliblər. Məlumatı “BBC” yayıb.

Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında böyük iqtisadiyyata malik ölkələrin 2030-cu ilə, iqtisadiyyatı nisbətən kiçik olan ölkələrin isə 2040-cı ilə qədər kömürdən istifadədən imtina etməsi razılaşdırılıb.

Müqaviləni Polşa, Çili və Vyetnam kimi əsas kömür istehlakçıları da daxil olmaqla 40 ölkə imzalayıb. Kömür istehsalı və istehlakında ən böyük ölkələr – Avstraliya, ABŞ, Hindistan və Çin – yalnız şifahi razılıq verdilər.

BMT-nin fikrincə, kömür enerjisindən istifadə iqlim dəyişikliyində əsas amillərdən biridir və onun istehsaldan çıxarılması və nisbətən təmiz enerji istehlakına keçid qlobal istiləşməni dayandırmaq üçün həlledici rol oynayacaq.