BMT-nin göstəricilərinə görə, kovid pandemiyası səbəbilə dünyada “ölçüsüz sayda” uşağın təhsil alma imkanı olmayıb
BMT-nin göstəricilərinə görə, kovid pandemiyası səbəbilə dünyada “ölçüsüz sayda” uşağın təhsil alma imkanı olmayıb

 

BMT-nin göstəricilərinə görə, kovid pandemiyası səbəbilə dünyada “ölçüsüz sayda” uşağın təhsil alma imkanı olmayıb.

Bu barədə UNICEF və Dünya Bankının yeni tədqiqatında deyilir.

Hesabatda da qeyd olunduğu üzrə , aşağı və orta gəlirli ölkələrdə 10 yaşlı uşaqların 70%-i sadə mətnləri oxuya və başa düşə bilmir. Kovidə qədər bu göstərici 53% idi.

Məsələn, Cənubi Afrikada məktəb şagirdləri illik tədris planında nəzərdə tutulan materialın yalnız 75%-ni mənimsəyiblər.

Amerika Birləşmiş Ştatlarında da təhsillə bağlı problemlər var. Məsələn, Texas ştatında üçüncü sinif şagirdlərinin üçdə ikisi yaşlarına uyğun riyaziyyat qabiliyyətini təmin edə bilmir.

Tədqiqatın müəlliflərinin göstəricilərinə görə, məktəblərin bağlanması səbəbindən qlobal miqyasda 635 milyon uşaq hələ də lazımi təhsil ala bilmir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) pandemiyadan əziyyət çəkən şagirdlərin təhsil çatışmazlığını bərpa etmək üçün onlara intensiv yardım göstərilməsi ilə əlaqədar çağırışla çıxış edir.