BMT-də Yerusəlimin statusu ilə bağlı planlaşdırılan səs vermədən öncə, Donald Tramp, ABŞ-dən yardım alan ölkələri təhdid etdi
BMT-də Yerusəlimin statusu ilə bağlı planlaşdırılan səs vermədən öncə, Donald Tramp, ABŞ-dən yardım alan ölkələri təhdid etdi.
“Bizdən milyardlarla dollar alan hökümətlər, bizim əleyihinə səs vermək istəyirlər. Qoy bizə qarşı olsunlar, biz də bundan sonra, daha çox məbləğlərimizi qoruyarıq” – dedi Tramp.
Yerusəlimim statusu ilə bağlı rezolyusiyada, hansı ki, bugün Parlament Assambleyasında səs verməyə çıxardılacaq, deyilir ki, müqəddəs şəhərin statusunun dəyişdirilməsi üçün ABŞ-ın qərarının qanuni qüvvəsi yoxdur.
Ona qədər isə, ABŞ-ın BMT-dəki səfiri bəyan etdi ki, Tramp ondan, tələb etdi ki, ABŞ-ın əleyhinə səs verən ölkələrin siyahısını hazırlasın.
“Prezident səs vermə prosesini diqqətlə izləyir. Əleyhimizə verilən hər bir səsi qeyd edirik” – dedi ABŞ-ın BMT nümayəndəsi Niki Heyli.
Yerusəlimin İsrailin paytaxtı kimi elan edilməsi bütün dünyanın tənqidinə səbəb oldu.
BMT-nin rezolyusiyasının 14 ölkə dəstəkləyir. Qarşı olan isə, ABŞ-dır.
Buna görə, BMT Baş Assambleyasının iclası təyin edildi.