BMT-də Gürcüstan da daxil olmaqla ümumilikdə 141 ölkə Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni dəstəkləyib
BMT-də Gürcüstan da daxil olmaqla ümumilikdə 141 ölkə Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni dəstəkləyib

 

 

BMT Rusiyanın Ukraynaya hücumunu pisləyən və silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə dəstəkləyib.

BMT Baş Assambleyasının fövqəladə sessiyasında qətnaməni 193 üzv dövlətdən 141-i, o cümlədən Gürcüstan dəstəkləyib. Yalnız beş ölkə Rusiya, Belarus, Suriya, Eritreya və Şimali Koreya  əleyhinə səs verib, Ermənistan və Çin də daxil olmaqla 35 üzv bitərəf qalıb.

94 ölkənin həmmüəllifi olduğu qətnamədə deyilir ki, BMT “Rusiyanın Ukraynaya qarşı təcavüzünü qətiyyətlə pisləyir”.