BMT-də ABŞ səfiri - Putin müharibənin tamamilə qəbul olunmaz yolu ilə kəskinləşdirməyi davam edir, biz də onun hərəkətlərinin ən sərt yolu ilə qınanmasını davam etdirməliyik
ABŞ Vlidimir Putinin strateji qüvvələrinin xüsusi döyüş rejiminə keçirilməsi sərəncamənı verdiyi addımını “qəbuledilməz” adlandırır.
BMT-nin ABŞ-da səfiri, Linda Tomas-Qrinfild “CBS” teleşirkəti ilə müsahibəsində qeyd etdi: “bu deməkdir ki, prezident müharibənin tamamilə qəbul olunmaz yolu ilə kəskinləşdirməyi davam edir, biz də onun hərəkətlərinin ən sərt yolu ilə qınanmasını davam etdirməliyik”.
Diplomatın sözlərinə görə, dünyanın Putinə qarşı vahid mövqeyi var.
“O, Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, – ABŞ-ın BMT-dəki səfiri bəyan etdi.
Xatırladaq ki, Vladimir Putin Rusiya Strateji Qüvvələrinin xüsusi döyüş rejiminə keçməsi barədə əmr verdi.
Bu barədə Rusiya prezidenti, Vladimir Putin Rusiyanın Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşündə bəyan etdi.