BMT Baş Assambleyasının iclası çərçivəsində Sergey Lavrov və Marko Rubio arasında görüş planlaşdırılır
BMT Baş Assambleyasının iclası çərçivəsində Sergey Lavrov və Marko Rubio arasında görüş planlaşdırılır.
Rusiya mediasının yazdığına görə, danışıqların əsas mövzusu Ukrayna məsələsi olacaq.
“Hazırda Baş Assambleya çərçivəsində işgüzar görüşlərin cədvəli üzərində işləyirik. Orada bir çox görüşlər olacaq. Bu, Sergey Lavrovun Baş Assambleyada iştirakının standart xüsusiyyətidir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Məlumat üçün bildirək ki, Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında yüksək səviyyəli ümumi müzakirələr sentyabrın 22-26-sı və 28-də keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri iştirak edəcəklər.