BMT Baş Assambleyası İnsan Hüquqları Şurasına Gürcüstan da daxil olmaqla 14 yeni üzv seçib
BMT Baş Assambleyası İnsan Hüquqları Şurasına Gürcüstan da daxil olmaqla 14 üzv seçib.
2023-2025-ci illər üzrə şuranın tərkibinə aşağıdakı yeni üzv dövlətlər daxil olacaq: Əlcəzair, Banqladeş, Belçika, Çili, Kosta-Rika, Gürcüstan, Almaniya, Qırğızıstan, Maldiv adaları, Mərakeş, Rumıniya, Cənubi Afrika , Sudan və Vyetnam.
Baş Assambleyanın 60/251 və 65/281 saylı qətnamələrinə və 75/402 saylı qərarına əsasən, İnsan Hüquqları Şurasının illik üzvlük dövrü yanvarın 1-dən başlamalıdır.