"Blumberq" - Russia Today teleşirkəti Vaşinqtondaki yayımını dayandırdı
Kreml tərəfindən maliyyələşdirilən Russia Today teleşirkəti Vaşinqtondaki yayımını dayandırır.
Bu barədə məlumatı “Blumberq” agentliyi yayır.
Agentliyin məlumatına görə, bu qərar ştatda iki rəqəmli teleşirkətin WNVT və WNVC-nın yayımın dayandırılması ilə bağlıdır, çünki məhz bu şirkətlər bir neçə xarici kanalların translyasiyasını həyata keçirirdilər.
“Blumberqin” dediyinə görə, teleşirkət Vaşinqtondaki yayımını aprelin 1-dən dayandıracaq.
RT-nın baş redaktorunun müavini Anna Belkina bəyan etdi ki, ABŞ paytaxtında və digər bölqələrdə partnyorları ilə çalışmağa davam edəcək.
Baş redaktor Marqarita Simonyan isə, qeyd etdi ki, kanal Vaşinqtonda digər platformalarda çalışmağa davam edəcək.