“Bloomberg”in məlumatına görə, Ukrayna hökumətinin “Qələbə planı” ölkənin NATO-ya dəvətini və silah tədarükünə təminat verilməsini nəzərdə tutur

13:43, 21.09.2024

“Bloomberg” xəbər agentliyinin məlumatına görə, qondarma Prezident Volodimir Zelenskinin gələn həftə ABŞ prezidenti Co Baydenə təqdim edəcəyi qələbə planına Ukraynanı NATO-ya dəvət və ABŞ-ın müasir silahların davamlı tədarükü ilə bağlı öhdəlikləri daxildir.

Bloomberg-in məlumatına görə, “Qələbə planı”na Ukraynanın Avropa İttifaqına daxil olması üçün aydın yolun müəyyən edilməsi və iqtisadi və təhlükəsizlik sahələrində digər sazişlər də daxildir.

Nəşr yazır ki, Zelenski sentyabrın 26-da keçiriləcək görüşdə ABŞ prezidenti Co Baydenə planın ətraflı variantını təqdim edəcək. Həmçinin, Ukraynanın birinci şəxsi bu planı ABŞ prezidentliyinə namizədlər – Kamala Harris və Donald Trampa təqdim etmək istəyir.

Bundan əvvəl Zelenski qeyd edib ki, Ukrayna hökumətinin planı dörd bənddən ibarətdir və ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Həmçinin, Ukrayna prezidenti qeyd edib ki, “Qələbə planı” 2024-cü ilin oktyabr-dekabr aylarında qəbul ediləcək qərarlar üçün nəzərdə tutulub.

Oxşar