"Bloomberg"in məlumatına əsasən, Türkiyə "BRICS"ə qoşulmaq üçün müraciət edib
"Bloomberg"in məlumatına əsasən, Türkiyə "BRICS"ə qoşulmaq üçün müraciət edib

 
“Bloomberg”in məlumatına əsasən, Türkiyə dünya iqtisadi qrupu “BRICS”ə qoşulmaq üçün müraciət edib.

Agentlik yazır ki, “BRICS”ə qoşulmaqla Türkiyə dünyada nüfuzunu artırmağa və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə can atır.

“Bloomberg”in yazdığı kimi, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərb geosiyasi mərkəz mövqeyini itirir və Türkiyə çoxqütblü dünyanın müxtəlif oyunçuları ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

“Bloomberg” qeyd edir ki, bu təşkilatın sentyabrın 22-24-də Kazanda keçiriləcək sammitində “BRICS”in genişlənməsi məsələsini ola bilsin müzakirə etsinlər.

“BRICS” 2006-cı ildə təsis edilib. Braziliya, Rusiya, Hindistan və Çin ona qoşulub. 2011-ci ildə Cənubi Afrika Respublikası təşkilata qoşulub. 2024-cü ilin yanvarın 1-də Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya “BRICS”in tamhüquqlu üzvləri oldular. Bu il “BRICS”ə sədrlik edən ölkə Rusiyadır.