"Bloomberg" - Sorğuya əsasən, Marin Le Penin "Milli Birlik" Fransa parlament seçkilərinin birinci turunda səslərin 35%-ni alacaq
"Bloomberg" - Sorğuya əsasən, Marin Le Penin "Milli Birlik" Fransa parlament seçkilərinin birinci turunda səslərin 35%-ni alacaq

Ifop-Fiducial təşkilatının keçirdiyi sorğuya görə, Marin Le Penin “Milli Birlik”i Fransa parlament seçkilərinin ilk turunda səslərin 35%-ni alacaq. Bu barədə “Bloomberg” məlumat yayıb.

Sosioloji araşdırmanın nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun siyasi qrupu solçu partiyalar ittifaq yaratsa, 18%, müstəqil hərəkət etsələr, cəmi 16% səs alacaq.

Xatırladırıq ki, Avropa Parlamentinə seçkilərin nəticələrinin açıqlanmasından sonra Fransa prezidenti Emmanuel Makron yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb.

Marin Le Pen Fransada növbədənkənar parlament seçkilərinin təyin edilməsini alqışlayıb və fransızların ona etimad göstərəcəyi təqdirdə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bildirib.