Bloomberg sorğusu - Kamala Harris yeddi əsas ştatda Donald Trampı iki faiz bəndi qabaqlayır
Bloomberg sorğusu - Kamala Harris yeddi əsas ştatda Donald Trampı iki faiz bəndi qabaqlayır

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris 7 əsas ştatda Respublikaçı rəqibi Donald Trampı qabaqlayır.

Sorğunu “Bloomberg” aparıb.

“Bloomberg” yazır ki, bunlar adətən seçkilərin taleyini həll edən ştatlardır.

Bloomberg sorğusuna görə, Harris bu ştatlarda iki faiz bəndi ilə öndədir.

Sorğuda yeddi ştatdan qeydiyyatdan keçmiş 4962 seçici iştirak edib.