"Bloomberg" - investorların marağı baxımından Gürcüstan böyük beynəlxalq iqtisadiyyatlar arasında 13-cü yerdədir
"Bloomberg" - investorların marağı baxımından Gürcüstan böyük beynəlxalq iqtisadiyyatlar arasında 13-cü yerdədir

 

Dünyanın aparıcı media və analitik qrupu “Bloomberg Media” Gürcüstanın aparıcı investisiya sektorları, dayanıqlı iqtisadi vəziyyət, ixtisaslı işçi qüvvəsinə çıxış imkanları, hökumət tərəfindən xarici investorlar üçün tətbiq olunmuş güzəştlər, ətraf mühitin müdafiəsi, sosial və idarəetmə məsələlərini özündə birləşdirən tədqiqat dərc edir.

Tədqiqatda ABŞ, Böyük Britaniya, Yaponiya, Çin, Hollandiya, İspaniya, Sinqapur, Almaniya, Fransa və digər ölkələrin daxil olduğu 15 ölkənin aparıcı şirkətlərinin, öz şirkətlərinin birbaşa xarici investisiya strategiyasını müəyyənləşdirən 3351 direktoru iştirak edib.

“Bloomberg Media Studio”nun tədqiqatına əsasən, Gürcüstan populyar investisiya istiqamətidir və investorların marağı baxımından ABŞ, Çin və Böyük Britaniya kimi əsas beynəlxalq iqtisadiyyatlar arasında 13-cü yerdədir. Eyni tədqiqata əsasən, 400-dən çox aparıcı beynəlxalq investor yaxın üç ildə Gürcüstana sərmayə qoymağı planlaşdırır. Maraqlanan investorların 70%-i iqtisadiyyata nikbin baxır ki, bu da qlobal orta göstərici olan 55%-dən xeyli yüksəkdir.

Tədqiqatla təsdiq olunur ki, Gürcüstana sərmayə qoymağı planlaşdıran investorların 44%-i ölkənin güclü tərəfləri, o cümlədən ölkənin strateji yeri, əlverişli yaşıl enerji və çatımlılığı qlobal orta göstəricidən 5% çox olan ixtisaslı və rəqabətədavamlı işçi qüvvəsinə “çox yaxşı bələddir”.

Onların 23%-i ayrıca layihə üçün 100-200 milyon dollara qədər vəsait nəzərdə tutur. “Gürcüstanın strateji coğrafi yeri və üstünlükləri investorlar üçün xüsusi imkanlar yaradır ki, bu da beynəlxalq şirkətlərin Gürcüstana daxil olmasına səbəb olub. O cümlədən Fortune 500 brendləri və Concentrix, Majorel, EPAM, Viber və Godel Technologies kimi tanınmış şirkətlər”-deyə “Bloomberg”in tədqiqatında deyilir.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.