"Bloomberg"- "Covid-19" pandemiyasının başlamasından sonra dünyanın 184 ölkəsində 8,95 milyard doza peyvənd vurulub
"Bloomberg"- "Covid-19" pandemiyasının başlamasından sonra dünyanın 184 ölkəsində 8,95 milyard doza peyvənd vurulub

 

“Covid-19” pandemiyasının başlamasından sonra dünyanın 184 ölkəsində 8,95 milyard doza peyvənd vurulub. Bu barədə “Bloomberg” məlumat yayır.

Nəşr yazır ki, ən son göstərici gündə təxminən 43,4 milyon doza olub. Bu hər 100 nəfərə 116 peyvənd deməkdir.

“Bloomberg”-in məlumatına görə, ən yüksək gəlirli ölkələr və regionlar ən aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə daha sürətli peyvəndlənir. Müxtəlif bölgələrdə peyvəndləmə prosesi hələ də qeyri-bərabər şəkildə aparılır.

Nəşrin qiymətləndirməsinə görə, Çində 2,7 milyard peyvənd vurulub: əhalinin 88,6 faizi ən azı bir doza qəbul edib, 85,2 faizi prosesi tamamlayıb. ABŞ-da 61,7 faiz, Fransada 79,6 faiz, Almaniyada 70,9 faiz və Böyük Britaniyada 70,7 faiz tam peyvənd olunub.

Cons Hopkins Universitetinin məlumatına görə, koronavirus pandemiyasının başladığı gündən bu günədək dünyada 279,55 milyon insan infeksiyaya yoluxub, onlardan 5,4 milyonu vəfat edib.