“Bloomberg” – Britaniyada Baş nazir dəyişə bilər və onun yerini İcmalar Palatasının lideri Penni Mordant tuta bilər

12:21, 07.04.2024

Medianın məlumatına əsasən, Britaniyada Baş nazirin dəyişəcəyi və onun yerini İcmalar Palatasının lideri Penni Mordantın tutacağı istisna edilmir.

Medianın məlumatına görə, bu dəyişikliklər ölkədə keçirilməsi planlaşdırılan yerli seçkilərdən sonra həyata keçiriləcək. “Bloomberg” nəşrinin mənbəsi bu ssenarinin mühafizəkar partiyasının seçkilərdə məğlub olacağı təqdirdə özünü doğruldacağını bildirir. Son sorğuların fonunda isə mühafizəkar partiyanın ümidverici proqnozu yoxdur.

Böyük Britaniyada seçkilər 2024-cü il mayın 2-nə təyin edilib.

Oxşar