"Black Sea Arena"da "OneRepublic", "Scorpions" və "Jungle"ın konsertləri keçiriləcək
"Black Sea Arena"da "OneRepublic", "Scorpions" və "Jungle"ın konsertləri keçiriləcək

 
Gürcüstanda “OneRepublic”, “Scorpions” və “Jungle”ın konsertləri keçiriləcək.

“Black Sea Arena”da onların konsertləri aşağıdakı cədvəl üzrə olacaq: “OneRepublic” – 10 may; “Scorpions”- 31 may, “Jungle”- 18 avqust.

Tədbirin təşkilatçısı “Black Sea Arena”nın məlumatına əsasən, martın 29-dan etibarən biletlərin BSA.ge və TKT.ge-də satışı mərhələli şəkildə başlayacaq.

“Starring Georgia”nın 2024-cü il mövsümünün ulduz tarixləri artıq məlumdur. 2024-cü ilin ulduzlarının 3 qrupu artıq məlumdur.
Mayın 10-da Amerika pop- rok qrupu “OneRepublic” “Starring Georgia”nın musiqi mövsümünün açılışını edəcək. Qrupun ilk mühüm uğuru qrupa ilk Qremi nominasiyasını qazandıran və debüt albomunu buraxmaq istəyi yaradan “Apologize” kompozisiya ilə bağlı idi. Beyonse, Adele, Teylor Svift, “Maroon 5”, Ceyms Blant və s. böyük sənətkarlarla işləmiş qrupun solisti Rayan Tedderi xüsusi qeyd etmək lazımdır. “Black Sea Arena”nın 10.000 tamaşaçı üçün nəzərdə tutulmuş zalını bir dəfə doldurmuş əfsanəvi alman hard-rok qrupu “Scorpions” mayın 31-də ikinci dəfə Şekvetilini ziyarət edəcək. Avqustun 18-də “Brit Award”ın qalibi “Jungle Black Sea Arena Front Stage”də çıxış edəcək”- “Black Sea Arena”nın yaydığı məlumatda deyilir.