"Black Sea Arena" və “The Killers” qrupu konsertdə baş verən insidentlə bağlı açıqlama yayıb
“Black Sea Arena” və “The Killers” qrupu avqustun 15-də keçirilən konsertdə baş verən hadisə ilə bağlı açıqlama yayıb.
“Qonaqlarımızın emosiyalarını başa düşürük. Sənətçinin səhnədəki çıxışı “Black Sea Arena”nın mövqeyi deyil. Məsuliyyət payımızı dərk edirik, səmimi şəkildə üzr istəyirik və hadisə ilə bağlı sənətçinin cavabını paylaşırıq. Rusiya işğalçıdır”, – “Black Sea Arena”nın bəyanatında deyilir.
“The Killers”in mövqeyinə gəlincə, qrupun açıqlamasında onların heç kimi incitmək istəmədiyi və üzr istədikləri qeyd olunub.
“Əziz gürcü xalqı, niyyətimiz heç vaxt kimisi təhqir etmək deyildi! Biz başa düşürük ki, “The Killers”in dinləyiciləri və pərəstişkarlarının bacı və qardaş olduqlarını bildirmək məqsədi daşıyan şərh yanlış anlaşıla bilər. Kimisə incitmək niyyətində deyildik və üzr istəyirik. Biz sizinləyik və ümid edirik ki, tezliklə qayıdacağıq”, – “The Killers”in bəyanatında deyilir.
Avqustun 15-də “Black Sea Arena”nın səhnəsində “The Killers” qrupunun konsertində qrup üzvlərinin səhnəyə rus drum-çını çıxarması konsertə gələn tamaşaçıların narazılığı ilə nəticələnib.