Batumi Şəhər Məhkəməsi tərəfindən biznesmen Qalip Öztürk səkkiz il müddətinə həbs cəzasına məhkum edilib
Batumi Şəhər Məhkəməsi tərəfindən biznesmen Qalip Öztürk səkkiz il müddətinə həbs cəzasına məhkum edilib

 

Batumi Şəhər Məhkəməsi tərəfindən biznesmen Qalip Öztürk səkkiz il müddətinə həbs cəzasına məhkum edilib. Hakim Levan Ğolbaia bir neçə dəqiqə əvvəl qərarı elan edib. Hakim biznesmeni narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi-saxlanılması hissəsində təqsirli bilib.

Təqsirləndirilən şəxs məhkəmə prosesində distansional iştirak edib. Q.Öztürk özünü günahkar hesab etmir və qərarı şikayət etməyi planlaşdırır.

Vəkillər də qərarı qərəzli adlandırırlar.

“Qərar bir tərəfli və qərəzlidir. Kutaisi Apelyasiya Məhkəməsinə təyin olunmuş müddət ərzində şikayət edəcəyik. Düşünürük ki, Strasburq məhkəməsinə də müraciət etməliyik, günahsız şəxs səkkiz il müddətinə həbs cəzasına məhkum edildi “-deyə vəkil Tenqiz Kaxidze açıqlayıb.

Biznesmenin sahibi olduğu şirkətin işçiləri də hökmdən narazıdırlar.

“Biz əməkdaşlar bugünkü günlə narahat olduq. Bu hökmü gözləmirdik. Düşünürəm ki, bu qərar düzgün deyil, vəkillər şikayət edəcəklər. Heç kim rəhbərinin qanunsuz olaraq həbs edildiyi əməkdaşları düşünmədi. Orada işləyən minlərlə insan və onların arxasında ailələr var “-deyə Öztürkün şirkəti olan “Metro City”nin əməkdaşı açıqlayıb.

İttihamçı tərəf qərarı obyektiv hesab edir. Prokuror Levan Murvanidze qərarın qanuni və ədalətli olduğunu bildirir. Prokuror həqiqi dəlillərlə təqsirləndirilən şəxsin qanuna zidd hərəkətlərinin təsdiqləndiyini bildirir.

Prokurorluq biznesmen Q. Öztürkü külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi-saxlanılması-istifadəsində ittiham edir.

Eyni zamanda, Q.Öztürk barəsində maliyyə cinayəti ilə əlaqəli başqa bir ittiham irəli sürülüb. İşin müzakirəsi bu ilin aprelində başlayacaq.