İrakli Lekvianidze iqtidarda biznesin səsi olacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında, İrakli Lekvianidzeyi təqdim edərkən verdi.
Giorgi Kvikaşvili İrakli Lekvianidzenin təcrübəsi və ümumiyyətlə biznes ombudsmen institutunun rolu haqqında söz etdi.
“İrakli Lekvianidzeyi ictimaiyyət mer müavini vəzifəsundən tanıyır. O iqtisadiyyatçı və biznes administrasiya doktorudur. İrakliyi biznes mühiti də çox yaxşı tanıyır. O iqtidar və biznes arasında bir vasitəçi kimi olacaq. İrakli hökümətdə biznesin səsi olacaq” – dedi Giorgi Kvirikaşvili və İrakli Lekvianidzeyə yeni vəzifəsində müvəffəqiyyətlər arzuladı.