Biznes-qrupları Donald Trampı və Rəcəp Tayyip Erdoğanı aralarındaki münasibətləri düzəltməyə çağırırlar
Biznes-qrupları Donald Trampı və Rəcəp Tayyip Erdoğanı aralarındaki münasibətləri düzəltməyə çağırırlar

Amerikan və Türk biznesi ABŞ və Türkiyə prezidentlərini görüşüb, aralarındaki məsələləri düzəltməyə çağırırlar.

Biznes nümayəndələri hesab edirlər ki, NATO-nun müttəfiqləri olan ölkələr arasındaki qarşıdurma investorlara və investisiya planlarına mənfi təsir göstərəcək.

Reuters agentliyi ilə müsaibə zamanı amerikan-türk biznes-şurasının nümayəndələri ABŞ prezidenti Donald Trampa və Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğana müraciət etdilər ki, Türkiyədə həbs edilən amerikalı pastorun ətrafında yaranan qarşıdurmaya son verilsin. 

Prezidentlərə müraciət edən hər iki biznes-qrupa cəmi olaraq, 250 şirkət daxildir.

Amerika-Türkiyə biznes-şurasının rəhbəri Hovard Bisin bəyanatına görə, keçən həftə siyasi anlaşmazlığa görə, türk şirkətləri 300 milyon dollarlıq biznes razılaşmalarını dayandırdılar.

“Vəziyyət böyük risk altındadır, çünki biznesmenlər siyasi əlaqələrin haraya sürüklənəcəyini anlaya bilmirlər” – dedi Hovard Bis.

Türk lirasının ucuzlaşması türk banklarına və korporasiyalarına ciddi zərər verdi.

Bu il lira amerikan dolları ilə müqayisədə 40 faizlə ucuzlaşdı.

Türk valyutası Trampın dünənki bəyanatından sonra daha da ucuzlaşdı, hansında o bəyan etdi ki, amerikalı pastorun azad edildiyi halda belə, Türkiyə üçün güzəşt edilməyəcək.