“Biznes Assosiasiyası” - Milli Bank tərəfindən həyata keçirilmiş valyuta intervensiyasını təqdir edirik və zərurət halında, malik olduğu bütün təsir vasitələrindən istifadə etməyə çağırırıq
“Biznes Assosiasiyası” - Milli Bank tərəfindən həyata keçirilmiş valyuta intervensiyasını təqdir edirik və zərurət halında, malik olduğu bütün təsir vasitələrindən istifadə etməyə çağırırıq

 
“Gürcüstanın Biznes Assosiasiyası” Gürcüstanın Milli Bankı tərəfindən daxili valyuta bazarında bu gün həyata keçirilmiş valyuta intervensiyasını müsbət qiymətləndirir.

“Son vaxtlarda dəfələrlə qeyd etdiyimiz kimi, Gürcüstan güclü fundamental makroiqtisadi göstəriciləri qoruyub saxlayır və bu şəraitdə lari kursunun konyuktur dalğalanmalarının qarşısını almaq üçün daxili valyuta bazarına aktiv müdaxilə və valyuta intervensiyalarının həyata keçirilməsi zəruri və kritik əhəmiyyət daşıyır.

Müvafiq olaraq, Gürcüstanın Milli Bankı tərəfindən bu gün həyata keçirilmiş valyuta intervensiyasını müsbət qiymətləndirir və Milli Bankı növbəti günlərdə, zərurət yaranması halında, malik olduğu bütün təsir vasitələrindən istifadə etməyə çağırırıq, bununla larinin sabit məzənnəsini qoruyub saxlamaq mümkün olacaq.

Larinin sabit məzənnəsinin mövcudluğu isə biznesin planlaşdırılması və inkişafı, onun maliyyə sağlamlığı və davamlılığı ilə birbaşa əlaqəlidir. Larinin sabit məzənnəsi digər amillərlə birlikdə biznes mühitini proqnozlaşdırıla bilən edir və uzunmüddətli perspektivdə müsbət əhvali-ruhiyyə və gözləntilər yaradır” -bəyanatda qeyd olunub.

Gürcüstanın Milli Bankı valyuta hərracında 48 700 000 ABŞ dolları satıb.