“Bizim Ordumuz” çərçivəsində Samtsxe-Cavaxeti Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze Axaltsixe şəhərində Samtsxe-Cavaxeti Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüşüb. Müdafiə qüvvələrinin komandanının müavini gəncləri layihənin əhəmiyyəti, Müdafiə Nazirliyinin prioritetləri, eləcə də ali təhsil müəssisəsində təhsil almaqla yanaşı, hərbi xidmətin imkanları ilə tanış edib.
Daha sonra hərbi qulluqçular Müdafiə Qüvvələrinin yaranma tarixi, vəzifələri və prioritet istiqamətləri haqqında tələbələrə təqdimatla çıxış ediblər. Görüş interaktiv rejimdə keçirilib. Tələbələr “Ərazi Ehtiyatı Proqramı”, o cümlədən Müdafiə Qoşunlarında işlə təmin olunma və hərbi karyera yüksəlişinə xüsusi maraq göstəriblər.
Müdafiə və Təhsil, Elm və Gənclər nazirliklərinin birgə layihəsi – “Bizim Ordumuz” hərbi xidmətin populyarlaşdırması və Müdafiə Qüvvələri haqqında maarifləndirilməsi məqsədi daşıyır.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.