Biz sübutlar gözləyirik ki, Gürcüstan Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmir
Biz sübutlar gözləyirik ki, Gürcüstan Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmir

Ukrayna Xarici İşlər naziri, Dmitro Kuleba bəyan edir ki, Ukrayna digər ölkələrlə işləyir ki, Rusiyaya sanksiyalardan yan keçməyə kömək olmasın.

“Əgər biz Gürcüstana, başqa ölkələrə rusların sanksiyalardan yan keçməyə çalışdığı digər ölkələrə təsir etməsəydik, onlar bunu çoxdan edərdilər və sanksiyaların Rusiyaya təsiri minimuma enərdi. Bu bizim gündəlik işimizdir. Biz tərəfdaşlarla işləyirik. Əgər ölkəyə təsirimiz yoxdursa, biz ona təsir edən ölkə tapırıq və elə işləyirik ki, Rusiya Federasiyasının sanksiyalardan yan keçməsinə kömək etməsinlər.

Gürcüstana gəldoldə, biz Gürcüstandan rəsmi sübutlar və inandırıcı arqumentlər gözləyirik ki, onlar bunu etmirlər. Sonra, bu sübutlar və arqumentlər kifayət qədər inandırıcı deyilsə, hansı addımların atılacağına qərar verəcəyik”, – Kuleba bəyan etdi.