Bitkoin kriptovalyutası 30 % ilə ucuzlaşdı və onun qiyməti 12 000 ABŞ dolarından aşağı düşdü, – bu barədə Reuters agentliyi məlumat yayır.
Cari həftənin göstəriciləri ilə, Bitkoinin bu cür ucuzlaşması 2013-cü ildən sonra ilk dəfə baş verdi.
Ən nəhəng və böyük rəqəmsal valyutanın dəyəri cari ilin əvvəlindən 20 dəfə artdı.
“017-ci ilin əvvəlində onun qiyməti 1000 dollar çərçivəsində idi, ilin sonunda isə onun dəyəri 20 min dollardan artıq oldu.