"Birlik – Milli Hərəkat" seçki siyahısını təqdim edib
"Birlik – Milli Hərəkat" seçki siyahısını təqdim edib

 
“Birlik – Milli Hərəkat” koalisiyası seçki siyahısını təqdim edib.

Seçki siyahısının birinci nömrəsi Tina Bokuçavadır. Həmçinin, seçki siyahısındadırlar : Qiorqi Vaşadze, Sopo Caparidze, Koba Nağopia, Qia Caparidze, Petre Tsiskarişvili, Qiqi Tsereteli, İrakli Xvadaqiani, Tamar Kordzaia, İrakli Pavlenişvili, Kaxaber Okriaşvili, Ramaz Nikoleişvili, Eka Xerxeulidze, Levan Xabeişvili, Laşa Bakradze, Ana Tsitladze, Levan Antadze, Paata Mancqaladze, Lela Cecelava, Qubaz Sanikidze, Dimitri Çikovani, Qiorqi Çaladze.

Tamar Kordzaianın dediyi kimi, siyahıdakı namizədlərin 2/3-si heç vaxt dövlət vəzifəsi tutmayıb.

“Ona görə də cəmiyyətin daha çox hakimiyyətdə olmayan insanların təmsil olunması sifarişi bizim tərəfimizdən yerinə yetirilib. Həmçinin, siyahımızda gender balansı qorunub saxlanılır və bu baxımdan da biz vətəndaşlarımızın tələblərinə cavab veririk”- Tamar Kordzaia bildirib.

Koalisiyanın üzvü Levan Bejaşvilinin bəyanatına əsasən, bu siyahı hazırlanıb və siyahı “Birlik Milli Hərəkat”ın hakimiyyətə və ümumiyyətlə parlamentə yanaşmasının necə olmasına dair partiya sədri Tina Bokuçava və partiyanın qurucusu Mixeil Saakaşvilinin baxışını əks etdirir.

“Siyahının üçdə ikisini əvvəllər yüksək dövlət vəzifəsi tutmayan şəxslər təşkil edir və bu baxımdan yenilik var. Həmçinin, bu siyahıda çoxlu gənclər var və bu, “Birlik Milli Hərəkat”ın sıralarında gedən nəsil dəyişmə prosesini əks etdirir. Siyahıda partiyanın regional təmsilçiliyi də öz əksini tapıb. Bir sözlə, bu, Gürcüstanın gələcək perspektivlərini təmin etməli olan qələbənin siyahısıdır” – Levan Bejaşvili bildirib.