“Birlik – Milli Hərəkat” MSK-nın elan etdiyi nəticələri tanımadığını bəyan edir
“Birlik – Milli Hərəkat” MSK-nın elan etdiyi nəticələri tanımadığını bəyan edir

MSK “Gürcü arzusu”nun çirkin sifarişini yerinə yetirdi və nəticələri açıqladı ki, bu da oliqarx İvanişvilinin gürcü xalqının qələbəsini oğurladığını və bununla da Avropanın gələcəyini oğurladığını göstərir. “Birlik – Milli Hərəkat” adından bəyan edirik ki, oğurlanmış seçkilərin nəticələrini qəbul etmirik və bu oğurlanmış nəticələri tanımaq fikrində deyilik. – Bu barədə “Milli Hərəkat”ın sədri Tina Bokuçava bildirib.

Onun sözlərinə görə, qələbə müxalifətin tərəfindədir.

“Oğurlanmış nəticəni tanımaq fikrində deyilik. Biz çox ümid edirik ki, belə bir mövqe tamamilə müxalifət meydanında olacaq. Çünki biz hesab edirik ki, gürcü xalqının bu gün qazandığı qələbə heç bir partiyaya aid deyil, bütün ölkəyə və xalqın birgə etimad mandatı verdiyi müxalifətə məxsusdur. Biz ölkəmizin Avropa gələcəyini bərpa etmək üçün heç vaxt olmadığı kimi mübarizə aparacağıq və oğurlanmış seçkilərin nəticələrini qəbul etməyəcəyik. Biz gələcək Avropayönlü koalisiya partiyalarımızla görüşdük və əminəm ki, növbəti hökumət koalisiya olacaq”. – Bokuçava dedi.