Birləşmiş Su Təchizatı Şirkəti - Quriyada 24 saatlıq rejimdə fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır, sakinlər tankerlər vasitəsi ilə su ilə təmin olunur
Birləşmiş Su Təchizatı Şirkəti Quriya fəlakət zonasında su təchizatı ilə bağlı bəyanat yayıb.
Açıqlamada qeyd edildiyinə əsasən, təbii fəlakət nəticəsində Lançxuti və Ozurqetidə əsas tikililərə və borulara ziyan dəyib.
Şirkətdən verilən məlumata görə, Quriya xidmət mərkəzinin əməkdaşları, ərazidə 24 saatlıq rejimdə dəymiş ziyanın aradan qaldırılması işləri aparır, eyni zamanda əhaliyə su tankerlər vasitəsilə verilir.
“Quriyada iqlim şəraitinin pisləşməsi nəticəsində Oraqve və Klitekara əsas strukturlarına ziyan dəyib, nəticədə Lançxuti əhalisinin su təchizatında fasilələr yaranıb. Hazırki mərhələdə bütün lazımi ağır texnika əraziyə səfərbər olunub və əsas binaların təmizlənməsi işləri fəal şəkildə davam etdirilir.
Təbii fəlakət nəticəsində qabarmış Açisğal çayı Ozurqetini qidalandıran 110 mm-lik metal boruyu tamamilə sıradan çıxarıb, Ozurqetinin Makvanetidə yerləşən N1 nasos stansiyası isə su çoxluğundan su altında qalıb.
Birləşmiş Su Təchizatı Şirkətinin Quriya Xidmət Mərkəzinin əməkdaşları 24 saatlıq rejimdə dəymiş ziyanın aradan qaldırılması işləri aparır. Eyni zamanda ərazidə su daşıyıcısı işləyir ki, əhali onun vasitəsilə su alır.
Xatırladaq ki, şirkətin qaynar xətti 24 saat işləyir: 032 2 93 00 00. Yaranmış narahatlığa görə Birləşmiş Su Təchizatı Şirkəti üzr istəyir”, – deyə Birləşmiş Su Təchizatı Şirkətinin məlumatında bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev