Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Gürcüstandakı Nümayəndəliyi təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verir
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Gürcüstandakı Nümayəndəliyi Racada təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.
“Raca bölgəsində baş verən sürüşmədən sonra inkişaf etmiş faciəli hadisələr bizi kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hələ də fəlakət zonasında olanların tez və təhlükəsiz şəkildə xilas edilməsinə ümid edirik”, – BMT-nin İnkişaf Proqramının bəyanatında deyilir.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 6 nəfər ölüb. Xilasedicilər dünən onlardan ikisinin cəsədini tapıblar.