Birləşmiş Millətlər Təşkilatının göstəricilərinə əsasən, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 11 743 mülki şəxs həlak olub
Birləşmiş Millətlər Təşkilatının göstəricilərinə əsasən, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 11 743 mülki şəxs həlak olub

 

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı ilə bağlı yenilənmiş məlumatı dərc edib. Hesabata əsasən, 2022-ci ilin fevralın 24-dən 2024-cü ilin avqustun sonuna qədər Ukraynanın mülki əhalisi arasında yaralananların sayı azı 24 614, həlak olanların sayı isə 11 743 nəfər təşkil edib.

“2024-cü ilin avqustunda Ukraynada azı 184 mülki şəxsi qətlə yetiriblər, 856 nəfər isə yaralanıb. Bu, 2024-cü ildə qurbanların sayına görə bu ayı iyuldan sonra ikinci yerə qoyur” – aylıq hesabatın müəllifləri qeyd edirlər.

Onların göstəricilərinə əsasən, iyulda azı 219 mülki şəxsi qətlə yetiriblər və daha 1018 nəfər yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi mülki əhali arasında qurbanların sayının artmasını Rusiya tərəfindən artan kütləvi hücumlarla əlaqələndirir.

Hesabatın müəllifləri avqustun 26-da Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı koordinasiyalı hücumu ayırırlar. Bu hücum nəticəsində Ukraynanın 15 bölgəsində enerji infrastrukturu zərər görüb. Hücum Ukraynanın on vilayətində və Kiyevdə itkilərlə müşaiyət olunub. BMT-nin məlumatına əsasən, bu, 2024-cü ilin martın 22-dən bəri doqquzuncu belə hücumdur.

Eyni hesabata əsasən, təkcə avqust ayında Rusiyanın hücumları nəticəsində 13 təhsil müəssisəsi dağılıb və 38-i zərər görüb. Həmçinin iki tibb müəssisəsi dağılıb və 28-nə ziyan dəyib.

BMT-nin göstəricilərinə əsasən, Rusiyanın genişmiqyaslı müharibəsi zamanı Ukraynada ümumilikdə 5692 kişi, 3534 qadın, 338 yeniyetmə oğlan və 275 qız həlak olub. Rusiyanın təcavüzü nəticəsində həlak olan 28 uşaq və 1876 yetkin insanın cinsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.