Birləşmiş Krallığın baş naziri Rişi Sunak İrakli Ğaribaşviliyə məktub ünvanlayıb - təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığımız heç vaxt bu qədər vacib olmamışdı
Diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünü qeyd etdiyimiz çağırışlarla dolu bir dövrdə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığımız heç vaxt bu qədər vacib olmamışdı-bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak Gürcüstanın baş naziri İrakli Ğaribaşviliyə yazdığı və tərcüməsini Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətinin yaydığı məktubunda qeyd edir.
Məktubda qeyd edildiyi üzrə, Birləşmiş Krallıq Rusiyanın davamlı təcavüzü şəraitində Gürcüstanın yanındadır.
“Cənab baş nazir! 26 oktyabr tarixli təbrik məktubunuz üçün minnətdaram. İlk növbədə, Ülyahəzrət Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyanın Tbilisidəki səfirliyini ziyarət etdiyinizə və həmrəyliyinizi ifadə etdiyinizə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm.
Diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünü qeyd etdiyimiz bu çağırışlarla dolu dövrdə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığımız heç vaxt bu qədər vacib olmamışdır. Birləşmiş Krallığın Rusiyanın davamlı təcavüzü şəraitində Gürcüstanın yanında olduğuna sizi əmin etmək istəyirəm. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik və Rusiyanı, Abxaziya və Cənubi Osetiya bölgələrinin dırnaq arası müstəqilliyinin tanınması qərarını geri götürməyə və Gürcüstanın qeyd olunan bölgələrində humanitar yardıma maneəsiz çıxışı təmin etməyə çağırmaqda davam edirik.
Birləşmiş Krallığın 2023-cü ilin əvvəlində ölkələrimiz arasında əməkdaşlığın bütün spektrini əhatə edəcək və 2021-ci ilin yanvarın 1-də qüvvəyə minmiş Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini daha da gücləndirəcək növbəti “Wardrop Strateji Dialoq” tədbirinə ev sahibliyi edəcəyindən dolayı şadam.
Həmçinin, Gürcüstanın Ukraynaya dəstəyini alqışlayıram. Bu qanunsuz müharibə bizə Rusiyanın beynəlxalq hüququn fundamental prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə təhlükə yaratdığını kobud şəkildə xatırlatdı. Birləşmiş Krallığın Ukraynaya dəstəyi Gürcüstana yönəlik dəstəyi kimi sarsılmazdır.
Xalqlarımızın firavanlığı, sülh və təhlükəsizliyi naminə tərəfdaşlığımızı gücləndirmək və möhkəmləndirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm” – deyə məktubda qeyd olunub.