Birləşmiş Krallıqda Covid 19-dan dünyasını dəyişən insanların sayı 42000-i aşıb
Birləşmiş Krallıqda Covid 19-un qurbanlarının sayı 42000-i aşıbMilli Səhiyyə Agentliyinin göstəricilərinə görə, 42402 pasiyent dünyasını dəyişib.
Lakin,bu göstəricilərə hələlik,Şimali İrlandiya,Şotlandiya və Uels xəstəxanalarında mayın 2-dən 11-dək dünyasını dəyişən pasiyentlər, həmçinin,yaşlılar evində qalan və virusdan ölən şəxslər əlavə edilməyib.
Sözü gedən göstəricilər yalnız dəqiqləşdirildikdən sonra əks olunacaq.Ölkədə 250 minədək insana Covid 19 diaqnozu qoyulub.
Hazırladı-Sevinc Mustafayeva