Birləşmiş Ərəb Əmirlikləri Racada baş verən sürüşmə nəticəsində həlak olanlara görə Gürcüstana başsağlığı verir
Birləşmiş Ərəb Əmirlikləri Racada baş verən sürüşmə ilə əlaqədar Gürcüstana başsağlığı və həmrəyliyini bildirir.
Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
“Birləşmiş Ərəb Əmirlikləri Gürcüstanın Raca bölgəsində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən və əhəmiyyətli ziyana səbəb olan sürüşmə ilə bağlı səmimi başsağlığı və həmrəyliyini bildirir. Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstan hökumətinə və əhalisinə, eləcə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısının tezliklə sağalmasını arzulayır”, – deyə nazirliyin bəyanatında deyilir.