Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya 40 milyard avro investisiya qoymağı planlaşdırdığını bildirir

22:28, 10.09.2026

Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya 40 milyard avro investisiya qoymağı planlaşdırır. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri bəyan edib.

Sultan Əhməd əl-Cabirin sözlərinə görə, yeni investisiyalar Almaniyanın sənaye imkanlarının gücləndirilməsinə, ixtisaslı iş yerlərinin yaradılmasına, həmçinin enerji təhlükəsizliyinin və təchizat zəncirlərinin gücləndirilməsinə yönəldiləcək.

“Almaniya onilliklər ərzində, bizim mühüm strateji və iqtisadi tərəfdaşımızdır. Əlavə 40 milyard avro investisiya qoymaq planı göstərir ki, biz bu münasibətlərin inkişafında uzunmüddətli perspektiv görürük”, – deyə Sultan Əhməd Əl-Cabir bildirib.

Oxşar